İbtidai siniflərdə "20 Yanvar şəhidləri" mövzusunda xüsusi dərslər

 Yanvarın 19-da ibtidai siniflərdə "20 Yanvar şəhidləri" mövzusunda xüsusi dərslər keçirildi.

  Dərslərdə qeyd edildi ki, 20 Yanvar Azərbaycan xalqının tarixində sadəcə ağrı və acı ilə xatırlanan gün deyil. Qanlı Yanvar Azərbaycan xalqının qürur və şərəf günüdür. Xalq həmin gün üstünə şığıyan dəhşətli kabusa sinəsini sipər etməklə özünün mənliyini və mətinliyini nümayiş etdirməyi bacardı.

  Məhz həmin hadisələr bir daha təsdiq etdi ki, Azərbaycan xalqı pozulan hüquqlarının, suverenliyinin bərpa olunması uğrunda savaşmaq əzminə sahibdir.

  Vətənin azadlığı uğrunda öz şirin canlarından keçən şəhidlərimiz daim dərin ehtiramla yad edilir.

Allah bütün şəhidlərimizə rəhmət etsin!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi