"Kiçik Akademiya"nın fəaliyyəti çərçivəsində növbəti təqdimat

  Dekabrın 28-də "Kiçik Akademiya"nın prezidenti Əsmər Babayevanın təşkilatçılığı ilə Biologiya kafedrası üzrə növbəti təqdimatların nümayişi oldu.

8"Ç" sinif şagirdləri Abbaszadə Mələk-Tənəffüs sistemi xəstəlikləri, Aslanova Fidan-Duyğu orqanlarının qüsurları, Cabbarlı Günay-Qan və qanla yoluxan xəstəliklər, Abdullayev Nurlav və Mustafayev İlkin-orqanizm üçün faydalı və zərərli qidalar, Mustafayeva Günel və Sadıqova Neslihan-Sınıqlar, burxulmalar, çıxıqlar zamanı ilk yardım, Məhəmmədli Məhəmməd və Hüseynov Məhərrəm-Orqan nəqli, 10"A" sinif şagirdi Hüseynli Məqsəd -Alzaymer xəstəliyi barədə təqdimatlar etdilər.

  Məqsəd "Kiçik Akademiya”nın fəaliyyəti çərçivəsində şagirdlərin elmi potensialını üzə çıxartmaq, yaradıcılıq və elmi tədqiqat işlərinə maraq göstərmək, bu sahədə potensial imkanları ilə fərqlənən istedadlı şagirdlərin fəaliyyətini istiqamətləndirmək, onlarda yaradıcılığa maraq, tədqiqatçılıq bacarıqları və elmi dünyagörüşünü inkişaf etdirmək, yerli və beynəlxalq olimpiadalara hazırlamaqdır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi