Məktəb-liseyin 50 illik yubiley tədbiri

Dekabrın 17-də məktəb-liseyin 50 illik yubiley tədbiri təntəli şəkildə qeyd edildi.

Tədbirdə BŞTİ-nin müdir müavini Hüseyn Əsgərov, Sabunçu Rayon İcra Hakimiyyətinin nümayəndəsi Ceyhun Abbasov, ümumi təhsil müəssisələrinin direktorları, məktəbin adını daşıyan şəhidin ailə üzvləri, müəllimlər, valideynlər, şagirdlər və digər qonaqlar iştirak ediblər.

Tədbir Dövlət Himninin səsləndirilməsi və Vətən şəhidlərinin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Daha sonra məktəbin uğurlarından bəhs edən videoçarx nümayiş etdirilib.

Tədbirdə çıxış edən məktəb-liseyin direktoru Eldəniz Əkbərov qonaqları salamlayaraq təhsil müəssisəsinin tarixindən bəhs edib. Bildirib ki, I Qarabağ Müharibəsi şəhidi Tahir Hacıyevin adını daşıyan 252 nömrəli məktəb-liseyin təməli 1972-ci ildə qoyulub. Sonralar məktəb əsaslı şəkildə yenilənib və zamanın tələbinə uyğunlaşdırılıb. Belə ki, 2012-ci ildə məktəb əsaslı təmir edilib. Məktəb rəhbəri tədris ocağında hazırda 2 500 şagirdin təlim-tərbiyəsi ilə 143 müəllimin məşğul olduğunu qeyd edib.

Direktor məktəbin pedaqoji kollektivinin səylə çalışdığını, şagirdlərin təhsilində, dünyagörüşünün formalaşmasında əvəzsiz xidmətlər göstərdiyini, məktəb şagirdlərinin müsabiqə və olimpiadalarda yüksək nailiyyətlər qazandığını da nəzərə çatdırıb.

Tədbirdə çıxış edən BŞTİ-nin müdir müavini Hüseyn Əsgərov ilk olaraq məktəb kollektivini 50 illik yubiley münasibəti ilə təbrik edib, onlara işlərində müvəffəqiyyətlər arzulayıb.

H.Əsgərov paytaxt təhsilinin inkişafı istiqamətində əldə olunan uğurlardan, həyata keçirilən layihələrdən bəhs edib və respublikamızda bərabər təhsil imkanları üçün dövlət tərəfindən hər cür şərait yaradıldığını bildirib.

Digər çıxış edənlər ölkə Prezidenti İlham Əliyevin təhsilə, təhsil işçilərinə göstərdiyi diqqət və qayğının nəticə etibarilə bu sahənin sürətli inkişafı, maddi-texniki bazasının daha da möhkəmlənməsilə nəticələndiyini bildiriblər.

Tədbir şagirdlərin hazırladıqları ədəbi-bədii kompozisiyalarla davam etmişdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi