İbtidai siniflərdə oxu texnikasının yoxlanılması üzrə monitorinqlər davam edir

Dekabrın 13-də məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Nazəni Zeynalovanın rəhbərliyi ilə ibtidai siniflərdə oxu texnikasının yoxlanılması həyata keçirildi.
Məqsəd ibtidai sinif şagirdlərində oxu vərdişlərinin formalaşdırılması, oxuyub-anlama, sürətli oxu, yazılı mətnlər üzərində işləmə bacarıqlarının inkişaf etdirilməsindən ibarətdir.