SAF 2022 – Beynəlxalq STEAM Azərbaycan Festivalında 2-ci yer

Elm və Təhsil Nazirliyinin təşkilatçılığı ilə keçirilən SAF 2022 – Beynəlxalq STEAM Azərbaycan Festivalında iştirak edən 8"B" sinif şagirdi Sayad Salmanova Mexatronika kateqoriyası üzrə 2- ci yerə layiq görülərək gümüş medal və dəyərli hədiyyələrlə təltif edilmişdir.
Qeyd edək ki, festivala 10 ölkə, 1322 iştirakçı qoşulmuşdur.
Bu gözəl qələbə münasibətilə şagirdimizi təbrik edir, gələcək həyatında uğurlar diləyirik!
Əziz şagirdimiz, səninlə qürur duyuruq!