"İnsan alverinə qarşı mübarizə" mövzusunda söhbətlər aparılır

Psixoloq Cəvahir Sadəddinlinin təşkilatçılığı ilə əsrimizin qlobal problemlərindən biri olan "İnsan alverinə qarşı mübarizə" mövzusunda söhbət aparıldı.
Qeyd edildi ki, insan alveri bütün dünya ölkələrində rast gəlinən ən geniş yayılmış cinayətlərdən hesab olunur, milli və beynəlxalq qanunvericiliklə qadağan edilir.
Bu cinayət, insan hüquqlarını pozmaqla yanaşı, ailə və cəmiyyətin dağılmasına yol açır, mütəşəkkil cinayətkarlığa rəvac verir, ölkələri insan kapitalından məhrum edir, ictimai sağlamlığı zəiflədir, böyük iqtisadi zərərlərə səbəb olur.
Azərbaycanda bu növ cinayətlərin vaxtında aşkarlanması, qarşısının alınması, həyata keçirilən mübarizə tədbirlərinin gücləndirilməsinə dövlət səviyyəsində böyük diqqət göstərilir.