12 dekabr-Ulu Öndər Heydər Əliyevin anım günüdür

Məktəbin tarix müəllimi Rəsmiyyə Əliyevanın təşkilatçılığı ilə 12 dekabr-Ulu Öndər Heydər Əliyevin anım gününə həsr edilmiş dəyirmi masa keçirildi.
Şagirdlər dahi şəxsiyyətin şərəfli ömür yolundan və xalqımız üçün xidmətlərindən danışdılar, onun xalqımız və dövlətimiz qarşısında göstərdiyi müstəsna tarixi xidmətlərini vurğuladılar.
Sonda Ulu Öndərin əziz xatirəsinə həsr olunmuş şeirlər söylənildi.
Dəyirmi masanı keçirtməkdə məqsəd Ümummilli lider Heydər Əliyevin Azərbaycançılıq məfkurəsinin uşaq və yeniyetmələr arasında geniş təbliğ edilməsi, Ulu Öndərin xatirəsinin əbədiləşdirilməsi, şagirdlərdə vətənpərvərlik hislərinin gücləndirilməsidir.