"Əhməd Cavadın 130 illiyinin qeyd edilməsi haqqında"

Gül rəngində bir yaprağın

Ortasında bir hilal!

Ey al bayraq, sənin rəngin

Söylə neyçin böylə al!?

Ey sevgili bayrağımın

O dalğalı duruşu!

Sandım salam rəsmi sana

Buludların yürüşü!

Məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimləri Zemfira Vəliyeva və İradə Eyvazovanın təşkilatçılığı ilə "Əhməd Cavadın 130 illiyinin qeyd edilməsi haqqında" Tədbirlər Planına əsasən dəyirmi masa keçirildi.

Dəyirmi masada bildirildi ki, Əhməd Cavad Azərbaycan ədəbi-bədii fikir tarixində istiqlal şairi kimi özünəməxsus dəst-xəti ilə seçilən, müstəqil mövqeyə malik söz ustalarındandır. O, bütün qəlbi ilə bağlı olduğu doğma xalqının müstəqillik ideallarına həyatı boyu sadiq qalıb, azadlıq motivləri ilə zəngin yaradıcılığı milli məfkurədən yoğrulub. Azərbaycanın dövlət rəmzlərini yüksək səviyyədə alovlu tərənnüm edib, müstəqil dövlətçiliyə sevgi aşılayan əsərləri dərin vətənpərvərlik duyğularının heyrətamiz poetik ifadəsidir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi