Əhməd Cavad yaradıcılığı

"Əhməd Cavadın 130 illiyinin qeyd edilməsi" barədə Tədbirlər Planına əsasən məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Jalə Gülalıyevanın təşkilatçılığı ilə 8"E" sinfində Əhməd Cavad yaradıcılığına həsr edilmiş tədbir keçirildi.Tədbirdə sənədli filmin nümayişi, şagirdlərin çıxışları öz əksini tapdı. Doğma vətənin azadlığı, müstəqilliyi naminə yazılmış şeirləri şagirdlər tərəfindən böyük sevgi ilə səsləndirildi.