Əhməd Cavad yaradıcılığı

Məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Xəyalə Məmmədovanın rəhbərliyi ilə tanınmış şair və Cümhuriyyət dövrünün qüdrətli tərənnümçüsü olan Əhməd Cavad yaradıcılığına həsr edilmiş ədəbi bədii gecə təşkil edildi.
Şagirdlər tərəfindən Əhməd Cavad yaradıcılığını təcəssüm etdirən tamaşa səhnələşdirildi.
Tamaşada vətənə, dövlətə, xalqa sədaqət hisləri öz əksini tapdı.