"Uşaqların internet təhlükəsizliyi"

Noyabrın 15-də məktəbin informatika müəllimi Aidə Hüseynova "Uşaq hüquqları" aylığı çərçivəsində "Uşaqların internet təhlükəsizliyi" mövzusunda maarifləndirici söhbət apardı.
Şagirdlərə internetdən istifadə edərkən qarşılaşa biləcəkləri təhlükələr barədə, o cümlədən, sosial şəbəkələrdən istifadə edərkən təhlükəsizlik qaydalarına riayət etməli olduqları, çətin və yaddaqalan şifrə yaratmağın yolları barədə tövsiyələr verildi.
Sonda mövzu üzrə şagirdləri maraqlandıran suallar cavablandırdı.