Məktəb-liseyin şəhid məzunu

 Hüseynov Əkbər Bahadur oğlu 11 iyul 2001-ci ildə Bakı şəhəri Sabunçu rayonunda anadan olub. 2007-ci ildə Sabunçu rayonu Tahir Hacıyev adına 252 nömrəli məktəb-liseyin 1-ci sinfinə daxil olub, 2018-ci ildə məzun olmuşdur. 11 yaşından kikboksinq ilə məşğul olmağa başlayıb. Qatıldığı yarışlarda diplomlar, medallar əldə etmişdir.

1 il 3 aylıq əsgərlik müddətində uğurlarının, Fəxri fərmanların ardı-arası kəsilmir. Bu müddət ərzində Hüseynov Əkbər kiçik çavuş rütbəsini alır, daha sonra manqa komandiri olur.

Müharibə zamanı səhər saatlarında Talış kəndinə düşmənin atdığı minamyot nəticəsində qəlpə yarası alır və qəhrəmancasına şəhid olur. Şəhidin cənazəsi 30 sentyabrda Bakıxanov qəsəbəsindəki mənzilinə gətirilir və Sabunçu rayonu Şəhidlər Xiyabanında torpağa tapşırılır.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığına, vəzifə borcunu şərəflə yerinə yetirdiyinə görə Azərbaycan Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamlarına əsasən Əkbər Hüseynov ölümündən sonra “Vətən uğrunda” və “Cəsur döyüşçü” medalları ilə təltif edilib.

Allah bütün şəhidlərimizə rəhmət etsin!

Ruhları şad olsun!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi