Zəfər gününə həsr edilmiş tədbir

Sinif rəhbəri Vəfa Qəfərova və fənn müəllimi Xanım Qəhrəmanovanın təşkilatçılığı ilə 5"A" sinfində Zəfər Gününə həsr edilmiş tədbir təşkil edildi.
Tədbirdə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin müvafiq göstərişi ilə 27 sentyabr tarixində düşmən təxribatına cavab olaraq keçirilən əks-hücum əməliyyatı ilə başladılan, tarixə qəhrəmanlıq səlnaməsi kimi daxil olan, torpaqlarımızın azadlığı, ərazi bütövlüyümüzün bərpa edilməsi ilə nəticələnən Vətən müharibəsi barədə ətraflı məlumat verildi.