Sinif təşkilat saatı

Məktəbin ibtidai sinif müəllimi Xumarə Quliyevanın 1"C" sinfində Zəfər Gününə həsr edilmiş sinif təşkilat saatı təşkil edildi.
Təşkilat saatında xalqımızın qüdrətinin və milli qürurumuzun təntənəsinə çevrilən, dövlətimizin nüfuzu və gələcək inkişafı baxımından müstəsna əhəmiyyət kəsb edən bu misilsiz qələbənin əbədiləşdirilməsi məqsədilə hər il noyabrın 8-i Azərbaycan Respublikasında Zəfər Günü kimi təntənəli şəkildə qeyd edilməsi barədə söhbət edildi.
Sonda vətənpərvərlik ruhunda şeirlər səsləndirildi.