Zəfər gününə həsr edilmiş sinif təşkilat saatı

Gülarə Əskərovanın 7"A" sinfində Zəfər Gününə həsr edilmiş sinif təşkilat saatı təşkil edildi.
Təşkilat saatında Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin müvafiq göstərişi ilə 27 sentyabr tarixində düşmən təxribatına cavab olaraq keçirilən əks-hücum əməliyyatı ilə başladılan, tarixə qəhrəmanlıq səlnaməsi kimi daxil olan, torpaqlarımızın azadlığı, ərazi bütövlüyümüzün bərpa edilməsi ilə nəticələnən Vətən müharibəsi barədə ətraflı məlumat verildi.