"Zəfər bağı"

Paytaxt məktəblərində BŞTİ tərəfindən keçirilən “Təbiəti qoruyanlar” layihəsi çərçivəsində məktəb-liseyimizin həyətində "Zəfər bağı" salındı və simvolik olaraq 44 ağac əkildi.
Vətən şəhidlərinin əziz xatirəsinə həsr olunmuş tədbirdə müəllim və şagird kollektivi iştirak edirdi.
Tədbirlərdə iştirak edənlər Azərbaycan Ordusunun Zəfər yürüşündən, hərbçilərimizin cəsarətindən, qəhrəmanlığından bəhs ediblər. Bildiriblər ki, burda əkilən kiçik fidanlar Vətən şəhidlərinin ruhuna olan sədaqət nümunəsi kimi xatırlanacaq.
Mərasimlərdə şagirdlər Vətəndən, şanlı Zəfərimizdən bəhs edən şeirlər söyləyib, “Qarabağ Azərbaycandır!” şüarı və hər rayon azad olunan zaman Ali Baş Komandanın dediyi sitatları səsləndiriblər.