Tarix yazan qəhrəman
Məktəbimizin ibtidai sinif müəllimi Vəfa Rzazadənin təşkilatçılığı ilə 4"E" sinif şagirdləri polkovnik leytenant Rəşad Quliyevin əziz xatirəsini dərin ehtiramla yad etdilər.
Qeyd edildi ki, şəhidlərimizin qəhrəmanlığı Azərbaycan xalqı üçün hər zaman örnək olub, bundan sonra da örnək olacaq.
Vətənimizin müdafiəsi uğrunda canından keçərək şəhidlik zirvəsinə yüksələnlərin ömür yolu bizim üçün ən böyük şərəf və qürur olacaqdır. Bu zirvəyə ucalanları yad etmək, onların xatirəsini hər zaman anmaq isə bizim hər birimizin borcudur.