Anım Gününə həsr edilmiş xüsusi dərs
Aidə Hüseynovanın 5"Ə" sinfində tarix müəllimi Nuray Mustafayevanın təşkilatçılığı ilə Anım gününə həsr edilmiş xüsusi dərs keçirildi.
Dərsdə şəhidlərə həsr olunmuş şeirlər səsləndirildi, təqdimatlar nümayiş olundu.
Bildirildi ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin elan etdiyi "Qarabağ Azərbaycandır və nida" şüarı xalqımızın müqəddəs vətən torpağı uğrunda savaşının ideya qayəsi, qələbəyə səsləyən rəhbər çağırışı oldu. 44 gün davam edən müharibədə cəmiyyətimizin nümayiş etdirdiyi möhtəşəm səfərbərlik xalqımızın dövlət başçısının ətrafinda sıx birləşməsinin bariz ifadəsi olmaqla yanaşı, eyni zamanda yeni və qüdrətli Azərbaycanın bütün dünyada özünü təsdiqi kimi qəbul edildi.
Daha sonra müəllim və şagird heyəti məktəbimizin məzunu olmuş şəhid Əkbər Hüseynovun xatirəsinə həsr olunmuş guşəni ziyarət edib önünə qərənfillər düzdülər.
Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 02 dekabr 2020-ci il tarixli sərəncamına əsasən Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş bütün şəhidlərimizə, əsgər və zabitlərimizə dərin hörmət və ehtiram əlaməti olaraq hər il sentyabrın 27-si Anım Günü kimi qeyd edilir.