İlk dərsrlər-"Qarabağ Azərbaycandır!" mövzusuna həsr edildi

15 sentyabrda 2022/2023-cu tədris ilinin ilk gününə həsr edilmiş rəsmi tədbir Azərbaycan Respublikasının Dövlət Himni ilə başlanıldı.
Daha sonra vətənin azadlığı uğrunda öz şirin canlarından keçən vətənin qəhrəman övladları bir dəqiqəlik sükutla yad edildi. Birincilərin ifasında vətənpərvərlik mövzusunda şeirlər səsləndirildi.
Tədris ilinin ilk zəngi çalındıqdan sonra şagirdlər öz siniflərinə daxil oldular.