Uğurlarımız
2021-2022-ci tədris ilində Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) və Bakı Ali Neft Məktəbinin (BANM) təşkilatçılığı ilə paytaxtın ümumi təhsil müəssisələrinin şagirdləri arasında keçirilən Bakı Elm Olimpiadası qaliblərinin mükafatlandırılması mərasimində məktəb-liseyimizin komandası finala çıxan 20 komanda arasından 2-ci yerə layiq görülərək gümüş medal, diplom və müxtəlif hədiyyələrlə təltif olunmuşdur.
Bu münasibətilə aldığımız təşəkkür məktubu bizi daha da ruhlandırdı.
İnanırıq ki, növbəti tədris ilində uğurlarımız daha çox olacaq.
Göstərdikləri diqqət və qayğıya görə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban xanım Vəliyevaya məktəb rəhbərliyi və pedaqoji kollektiv adından öz dərin təşəkkürümüzü bildiririk!