Pedaqoji şuranın yekun iclası

21 iyun tarixində 2021/2022-ci tədris ilinin yekun pedaqoji iclası keçirildi.

İclas Azərbaycan Respublikasının Dövlət Himni ilə başlanıldı. Daha sonra vətənin müstəqilliyi uğrunda öz şirin canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

İclasda məktəbin direktoru Eldəniz Əkbərov tədris ili ərzində görülmüş işləri pedaqoji heyətin diqqətinə çatdırdı, uğur və nailiyyətlərimizi vurğuladı.

Hesabat xarakterli təqdimatlar izlənildi və növbəti tədris ilində qarşıda duran məsələlər müzakirə edildi, bir sıra təkliflər irəli sürüldü.

Daha sonra 2021/2022-ci tədris ili üzrə Həmkarlar İttifaqının sədri, məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçı, Uşaq Birliyi Təşkilatının rəhbəri, səmərəli fəaliyyəti ilə fərqlənən metodbirləşmələr, sinif rəhbərləri, 60 və 65 illik yubileyləri münasibətilə bir qrup pedaqoji heyət diplom və fəxri fərmanlarla təltif edildilər.

Eyni zamanda məktəbimizi layiqincə təmsil edərək gümüş medala layiq görülən Bakı Elm Olimpiadasının iştirakçıları diplomla təltif edildilər.

Növbəti tədris ilində yeni nailiyyətlər əldə etmək ümidilə!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi