Şagirdlərimiz qaliblər sırasında

 Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) və Bakı Ali Neft Məktəbinin (BANM) təşkilatçılığı ilə paytaxtın ümumi təhsil müəssisələrinin şagirdləri arasında keçirilən Bakı   Elm Olimpiadası qaliblərinin mükafatlandırılması mərasimində məktəb-liseyimizin komandası finala çıxan 20 komanda arasından 2-ci yerə layiq görülərək gümüş medal, diplom və müxtəlif hədiyyələrlə təltif olundular.

 Komanda üzvləri olan 10"C" sinif şagirdi Cəbrayılzadə Aysun, 10"Ç" sinif şagirdləri Mənsimov Nəsimi və Hacızadə Aysunu böyük qələbə münasibətilə təbrik edir, uğurlarının bol olmasını diləyirik!

 Sizinlə qürur duyuruq!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi