"Son zəng" tədbiri keçirilib
İyunun 14-də məktəb-liseyimizdə "Son zəng" tədbiri keçirildi.
Tədbirdə məktəb rəhbərliyi, müəllimlər, şagirdlər, valideynlər və digər qonaqlar iştirak edirdi.
Tədbir Azərbaycan Respublikasının Dövlət himni ilə başlandı.
Vətən uğrunda öz şirin canlarından keçən vətənin qəhrəman övladları bir dəqiqəlik sükutla yad edildi.
Sonra məktəbin direktoru Eldəniz Əkbərov məzunları, onların valideynlərini və qonaqları salamlayaraq, ölkədə təhsil sahəsindəki inkişafdan, aparılan islahatlardan söz açıb, məktəb kollektivinin qazandığı uğurlar barədə məlumat verdi. Azərbaycan təhsilinə göstərdiyi diqqət və qayğıya görə məktəb kollektivi adından ölkə rəhbəri cənab İlham Əliyevə minnətdarlığını bildirdi və məzunlara uğurlar arzuladı.
“Son zəng” tədbirində məktəblilərin hazırladıqları musiqili-bədii çıxışlar maraqlı və yaddaqalan olmaqla, tədbir iştirakçılarına xoş təəssürat bağışladı.
Əziz məzunlar, hər birinizi təbrik edir, gələcək həyatınızda uğurlar arzu edirik!