Vətənpərvərlik mövzusunda dəyirmi masa keçirilib
Şəhid Samir Mehdiyevin adını daşıyan 11"A" sinif şagirdlərinin təşəbbüsü ilə vətənpərvərlik mövzusunda dəyirmi masa keçirildi.
Dəyirmi masada məktəb rəhbərliyi, şəhid Samir Mehdiyevin, şəhid Əkbər Hüseynovun anası, qazilər ,veteranlar, müəllim və şagird heyəti, digər qonaqlar iştirak edirdi.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himni ilə başlanıldı.
Daha sonra vətənin müstəqilliyi uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Şəhidlərimizin göstərdikləri şücaətlərdən, onların həyat yolundan geniş söhbətlər açıldı, məlumatlar verildi.
Qeyd edildi ki, İkinci Qarabağ müharibəsi bizim şanlı tariximizdir. Bu Qələbə tarixdə əbədi qalacaq. Azərbaycan Silahlı Qüvvələri 44 gün ərzində düşmən ordusunu məhv edərək öz ərazi bütövlüyünü bərpa etdi və bütün dünyaya öz qüdrətini bir daha nümayiş etdirdi.
Bu qələbəyə görə Ali Baş Komandan olan Prezident cənab İlham Əliyevin uzaqgörən siyasətinə, qüdrətli Azərbaycan ordusuna, qəhrəman şəhid və qazilərimizə borcluyuq.