Şagirdlərimiz ekskursiyada
Məktəbin ibtidai sinif müəllimi Nailə Muradovanın təşkilatçılığı ilə şagirdlərimiz Zirə Eko parkında oldular.
Şagirdlərimiz Zirə Xalça Muzeyi və Xalçaçılıq Tədris Mərkəzi ilə yaxından tanış oldular. Daha sonra məktəblilərə Zirə Mədəniyyət Mərkəzinin əməkdaşları tərəfindən Eko-Park haqqında məlumat verildi.
Ekskursiya məktəblilərdə xoş təəssürat yaratdı.