28 may-Müstəqillik gününə həsr edilmiş sinif təşkilat saatı

 Məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Səbinə Gənciyevanın təşkilatçılığı ilə 7"C" sinfində 28 may-Müstəqillik gününə həsr edilmiş sinif təşkilat saatı keçirildi.

 Azadlıq və müstəqillik mübarizəsi tarixinə qızıl hərflərlə həkk olunmuş, milli qürur hissi duyulan, demokratik, dünyəvi dəyərlərə söykənən 28 May-Müstəqillik  Gününün yaranması haqqında geniş məlumatlar verildi.

 Şagirdlərin şeirləri dinlənildi, təqdimatlar dinlənildi.

 Eyni zamanda məktəb-liseyimizin adını daşıyan şəhidlik zirvəsinə ucalan şəhid Tahir Hacıyevin əziz xatirəsi dərin ehtiramla yad edildi.

 Məqsəd şagirdlərə Azərbaycançılıq ideologiyasını və xalqımızın qəhrəmanlıq salnaməsini təbliğ etməkdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi