28 May-Müstəqillik Gününə həsr edilmiş "Bilik yarışı"
Mayın 27-də 28 May-Müstəqillik Gününə həsr edilmiş "Bilik yarışı" keçirildi.
Yarışmada məktəb rəhbərliyi, müəllim və şagirdlər iştirak edirdi. Maraqlı keçən yarışmada 9 komanda birincilik uğrunda mübarizə aparırdı.
Bilik yarışmasına xor dərnəyinin üzvlərinin çıxışları, 6"N" sinif şagirdlərinin rəqsləri xüsusi rəng qatırdı.
Yarışmanın yekununda 7"A" sinfi-1-ci yerə, 7"C" sinfi 2-ci yerə və 7"E" sinfi 3-cü yerə layiq görüldü.
Qalib komandalar diplomla təltif edildi.