"İşğaldan zəfərə"

  Mayın 21-də məktəbin tarix müəllimi Elmira Vəliyevanın "İşğaldan zəfərə" adlı kitabının təqdimatı oldu.

Tədbirdə məktəb rəhbərliyi, şəhid Əlihüseyn Məmmədovun anası Arzu Məmmədova, şəhid Əkbər Hüseynovun anası Tahirə Hüseynova, müəllim, şagird heyəti iştirak edirdi.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himni ilə başlanıldı.

Daha sonra vətən uğrunda öz şirin canlarından keçən vətənin şəhid oğulları dərin ehtiramla yad edildi.

Kitabın müəllifi Elmira Vəliyeva Zəfər tariximizin ən parlaq səhifələrini əks etdirən məlumatların kitabında əks etdirdiyini və qürur duyduğunu vurğuladı.

Qeyd etdi ki, Azərbaycan Ordusunun Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında bundan sonra hələ çox kitablar yazılacaq, filmlər çəkiləcək.

Tam əminliklə deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi idi.

İkinci Qarabağ müharibəsi bizim şanlı tariximizdir. Bu Qələbə tarixdə əbədi qalacaq.

Tədbir zamanı kitab barədə təqdimatlar nümayiş olundu, fikirlər bildirildi, şagirdlərin çıxışları dinlənildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi