Ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümüdür

Məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Zenfira Vəliyevanın təşkilatçılığı ilə məktəb kitabxanasında Ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü yad edilib.
Məqsəd Ümummilli lider Heydər Əliyevin Azərbaycançılıq məfkurəsinin uşaq və yeniyetmələr arasında geniş təbliğ edilməsi, Ulu Öndərin xatirəsinin əbədiləşdirilməsi, şagirdlərdə vətənpərvərlik hislərinin gücləndirilməsidir.
Şagirdlər dahi şəxsiyyətin şərəfli ömür yolundan və xalqımız üçün xidmətlərindən danışdılar, onun xalqımız və dövlətimiz qarşısında göstərdiyi müstəsna tarixi xidmətlərini vurğuladılar.
Sonda Ulu Öndərin əziz xatirəsinə həsr olunmuş şeirlər söylənildi.