Ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr edilmiş dəyirmi masa

Məktəbin tarix müəllimi Nərgiz Qafarovanın 7"B" sinfində Ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr edilmiş dəyirmi masa keçirildi.
Dəyirmi masada şagirdlərə Heydər Əliyevin dövlətçiliyin möhkəmləndirilməsi, ordu quruculuğu, milli kadr hazırlığı, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması, milli mənəvi dəyərlərimizin təbliği və qorunması sahəsində həyata keçirdiyi genişmiqyaslı tədbirlər barədə ətraflı məlumat verildi.