“Ceyhun Hacıbəyli haqqında nə bilirik” mövzusunda müzakirə keçirilmişdir.

Görkəmli yazıçı publisit Ceyhun Hacıbəylinin 125 illik yubleyi ilə bağlı “Ceyhun Hacıbəyli haqqında nə bilirik” mövzusunda müzakirə keçirilmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tanınmış ədəbi sima, yazıçı-publisist, tərcüməçi, naşir və ictimai xadim Ceyhun Hacıbəylinin anadan olmasının 125 illiyinin keçirilmsi ilə bağlı 19 noyabr 2015-ci il tarixli Sərəncamı bütövlükdə Azərbaycan ədəbiyyatına və elminə, milli ziyalılığa verilən yüksək qiymətdir. Müzakirədə görkəmli alim-publisistin İslam dininin fundamenat, elmi şəkildə öyrənilməsi ilə bağlı fikirləri, Azərbaycan tarixi, etnoqrafiyası, ədəbiyyat və folkloru, dili, milli-mənəvi dəyərləri, milli istiqlal hərəkatı ilə bağlı yaradıcılığı təhlil olunub. Şagirdlər ömrünün 40 ildən artıq hissəsini mühacirətdə yaşayib Azərbaycan tarixini, ədəbi-mədəni irsini dünyada təbliğ edən görkəmli ictimai xadim Ceyhun Hacıbəylinin həyat və yaradıcılığı ilə yaxından tanış oldu.