Azərbaycan Respublikasının Dövlət bayrağı Azərbaycan dövlətinin suverenliyi rəmzidir.

Bu gün Azərbaycan Respublikası üzərində dalğalanan müqəddəs Dövlət Bayrağımız- milli bayrağımız ilk dəfə 1918-ci il noyabrın 9-da Bakıda, Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının yerləşdiyi binada qəbul edilmiş və qaldırılmışdır.Müstəqil Azərbaycanın dövlət bayrağındakı üç rəngin ifadə etdiyi və XX əsrin əvvəllərindəki milli istiqlal ideologiyamızın üç təməl prinsipini təşkil edən “Türkçülük, islamçılıq və müasirlik” düsturunun müəllifi görkəmli Azərbaycan mütəfəkkiri Əli Bəy Hüseynzadədir.Bu münasibətlə məktəbin 7b sinif sinif rəhbəri Əkbərova Aliyə müəllimə tərəfindən təşkilat saatı keçirilmişdir. Şagirdlərə dövlət rəmzi olan bayrağımızın rəngi üzərində olan aypara və ulduz mənaları bir daha sadalanmışdır.Müəllim bayrağın yaranma tarixi haqqında şagirdlərə ətraflı məlumat vermişdir. Hər bir vətəndaş eləcədə şagirdlər, dövlət atributlarını əzbər bilmək, bayrağın rənglərinin mənalarının öyrənməyin vacib olduğunu bilməlidir.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi