Məktəbimizin təlim-tərbiyə işləri üzrə direktor müavini direktor vəzifəsinə təyin edilib

 Şəhidlik zirvəsinə ucalan qəhrəman oğul böyütmüş məğrur ana, ziyalı azərbaycanlı xanımı, şəhid anası adını şərəflə daşıyan Arzu Məmmədova qısa müddət ərzində kollektivin dəyərli insanına çevrildi.

 Vüqarlı duruşu ilə hamıya örnək oldu mərd qadın. Bu müddət ərzində səmərəli fəaliyyəti ilə seçildi, Arzu xanım.

252 nömrəli məktəb-liseyin təlim tərbiyə işləri üzrə direktor müavini vəzifəsində çalışan Arzu Məmmədovanın işini hər zaman yüksək qiymətləndirən məktəb direktoru Eldəniz Əkbərov da öz növbəsində şəhid anasına xüsusi diqqət göstərmiş, ona mənəvi dəstək olmuşdur.

 Cənab prezident İlham Əliyevin şəhid ailələrinə xüsusi diqqət və qayğısı, eyni zamanda Arzu Məmmədovanın çoxillik pedaqoji fəaliyyəti nəzərə alınaraq, həmçinin direktor vəzifəsinə işə qəbul üzrə müsabiqədə iştirak edərək uğurlu nəticə əldə etməsi sayəsində bu gün ona yüksək etimad göstərilmiş və Təhsil naziri cənab Emin Əmrullayevin yeni təyinatı ilə Bakı şəhəri 226 saylı məktəbin direktor vəzifəsinə layiq görülmüşdür.

 Məktəb kollektivi adından Arzu xanımı təbrik edir, bu yolda ona uğurlar arzu edirik!

Arzu xanım Vətən müharibəsi uğrunda şəhid olan igid qəhrəman Əlihüseyn Məmmədovun anasıdır.

Qeyd edək ki, şəhid Əlihüseyn Məmmədov “Vətən uğrunda” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunub.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi