"Əziz Şuşa, sən azadsan!" adlı Bilik yarışması

Məktəbin 6-cı sinif şagirdləri arasında "Şuşa ili" ilə əlaqədar Tədbirlər Planına əsasən "Əziz Şuşa, sən azadsan!" adlı Bilik yarışması keçirildi.
Bilik yarışmasında 9 komanda iştirak edirdi.
2 mərhələdən ibarət olan yarışmanın yekununda "Refleks-6Ğ" komandası-I yerə, "İmpuls-6A" komandası II yerə, "Ulduzlar-6B" komandası III yerə layiq görüldülər.
Qalib komandalar yekunda diplomla təltif edildi.