"Yurdumuza bahar gəlir" adlı tədbir

Təhsilalanları mənəvi mədəniyyətimizin bir hissəsi olan Novruz bayramı, bütövlükdə milli-mənəvi dəyərlərimiz barədə məlumatlandırmaq, onları bu dəyərlərə məhəbbət ruhunda tərbiyə etmək, şagirdlərdə yaradıcı düşüncə meyillərini gücləndirmək məqsədilə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin "Bahar çələngi" adlı layihəsinin Tədbirlər planına uyğun olaraq məktəbin ingilis dili müəllimlərinin təşkilatçılığı ilə "Yurdumuza bahar gəlir" adlı tədbir keçirildi.
Şagirdlərin ifasında şeirlər səsləndirildi, bayram abu-havalı mahnılar ifa edildi, səhnəciklər nümayiş edildi.