Fərdi sərgi keçirilib

   15 mart tarixində xüsusi qayğıya ehtiyaci olan sağlamlıq imkanları məhdud olan şagirdimiz Heybət Nəzərlinin fərdi sərgisi təşkil edildi.

   Sərgidə məktəb-liseyin direktoru Eldəniz Əkbərov, uşaqlarla məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçı Zülfiyyə Şükürova, defektoloq-loqoped Aypara Hüseynova və Şəfəq Yusifli, sinif rəhbəri Nailə Muradova və şagirdlər iştirak edirdi.

    Kiçik qəlbinə dünyaları sığışdıran balamız öz duyğularını əks etdirən gözəl rəsmlər çəkir.

    O, 3"Q" sinfində təhsil alır və ən böyük arzusu rəssam olmaqdır.

   Biz inanırıq ki, o gələcəyin tanınmış rəssamı olacaq.

   Uğurlar, ətrafa sevgi və işıq saçan balamız!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi