"Ekologiya və sağlamlıq" mövzusunda tədbir

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin 01 mart 2022-ci il tarixli F-85 nömrəli əmrinə əsasən məktəbin biologiya müəllimi Əsmər Babayevanın təşkilatçılığı ilə 6"Ğ" sinfində "Ekologiya və sağlamlıq" mövzusunda tədbir keçirildi.
Mövzu əsnasında qeyd edildi ki, açıq və qapalı yerlərdə çirklənmiş havanın, suyun, qeyri-adekvat sanitar qaydalarının, qeyri-sabit iqlim şəraitinin, infeksion xəstəliklərin baş verməsinin yeni modellərinin, ultrabənövşəyi şüalanma və eko-sistemlərin dəyişməsilə xəstəliklərin yaranmasının insan sağlamlığı üçün mühüm ekoloji risk amilləridir.
Ekologiyanın sağlamlığa etdiyi təsir gücündən ətraflı söhbət açıldı.
Daha sonra məktəbin həyətyanı sahəsində ağaclara qulluq edildi.