“YOL HƏRƏKƏTİ QAYDALARI VƏ ŞAGİRDLƏR” MÖVZUSUNDA TƏDBİR KEÇİRİLMİŞDİR

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin birgə həyata keçirdikləri layihə çərçivəsində 252 nömrəli məktəb liseydə təşkil olunmuş tədbirdə paytaxt ərazisindəki orta məktəblərin şagirdləri, valideynlər, yol polisi əməkdaşları, könüllülər iştirak ediblər. Tədbir məktəblilərin yol hərəkəti qaydalarına dair bilik və bacarıqlarının artırılması, onlara təhlükəsiz davranış vərdişlərinin aşılanması məqsədilə təşkil olunub. BŞDYPİ-nin bölmə rəisi, polis polkovnik-leytenantı Vaqif Əsədov bildirib ki, paytaxt ərazisində yol hərəkətinin təhlükəsizliyinin təmin edilməsi istiqamətində təbliğat işlərinin aparılması xüsusi önəm kəsb edir: "Bu istiqamətdə məktəbyaşlı uşaqlar arasında da təbliğat işi aparılır. Bugünkü tədbirin məqsədi azyaşlı uşaqların həyatının və sağlamlığının yol qəza hadisələrindən qorunması, eyni zamanda küçə və yollarda təhlükəsiz davranış vərdişlərinin aşılanmasıdır. Bu istiqamətdə təbliğat işləri aparmaqla uşaqlara yol hərəkəti qaydalarını öyrətməyə çalışırıq".