Pedaqoji şuranın növbəti iclası
I yarimilin yekunlarına dair Pedaqoji Şuranın növbəti iclası keçirildi.
Pedaqoji şura Azərbaycan Respublikasının Dövlət Himni ilə başlanıldı. Vətənin müstəqilliyi uğrunda öz canlarından keçən şəhidlərimizin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edildi.
Daha sonra məktəbin direktoru Eldəniz Əkbərov pedaqoji heyəti salamladı və gündəlikdə duran məsələlər haqqında müəllimləri məlumatlandırdı.
İclasda I yarımilin yekunları müzakirə edildi. Buraxılış imtahanlarında nəzərdə tutulan Azərbaycan dili, riyaziyyat və ingilis dili fənlərindən keçirilən Böyük Summativ Qiymətləndirmənin nəticələri müzakirə edildi. Zəif nəticə göstərən şagirdlərlə işin təşkili barədə müəyyən məsləhətlər verildi. Bununla yanaşı, 2021-2022-ci dərs ilinin birinci yarımilində şagirdlərin Respublika Fənn Olimpiadasında qazandığı uğurlar pedaqoji heyətin nəzərinə çatdırıldı.
2021-2022-ci dərs ilində məktəbdə IX və XI siniflər üzrə mərkəzləşdirilmiş qaydada aparılacaq buraxılış imtahanlarına hazırlıq, şagirdlərin Respublika Fənn Olimpiadasının final turuna hazırlığı müzakirə edildi.
İrad və təkliflər dinlənildi, lazimi tövsiyələr verildi.
Yekunda məktəb rəhbərliyi tərəfindən gənc nəslin təlim-tərbiyəsində səmərəli fəaliyyəti və yubileyləri münasibəti ilə Həbibova Qəndab Abbas, Quliyeva Xumarə Xanoğlan, Mirzəyeva Ziba Neman, Musayıbova Kəbirə Qəni qızı diplomla təltif edildilər.