İnternetdə təhlükəsizlik qaydaları
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin təşəbbüsü və məktəbin informatika müəllimi Nigar Qəhrəmanovanın təşkilatçılığı ilə 6"F" sinfində "İnternetdə təhlükəsizlik qaydaları" adlı dərs keçirildi.
Dərsdə şagirdlərə internetdən istifadə edərkən qarşılaşa biləcəkləri təhlükələr barədə, o cümlədən, sosial şəbəkələrdən istifadə edərkən təhlükəsizlik qaydalarına riayət etməli olduqları, çətin və yaddaqalan şifrə yaratmağın yolları barədə tövsiyələr verildi.
Sonda mövzu üzrə şagirdləri maraqlandıran suallar cavablandırdı.