Xocalı soyqırımının otuzuncu ildönümünə həsr edilmiş mühazirə

Fevralın 23-də məktəbin tarix müəllimi Sevinc İbrahimovanın rəhbərliyi ilə 5"A" sinfində Xocalı soyqırımının otuzuncu ildönümünə həsr edilmiş mühazirə təşkil edildi.
Mühazirənin keçirilməsində məqsəd vətənimizin müstəqilliyi uğrunda mübarizədə canlarını qurban vermiş vətən övladlarını yad etmək, böyüməkdə olan nəslə doğma Vətənə sevgi, məhəbbət hissləri aşılamaq, məktəblilər arasında milli vətənpərvərlik ruhunu yüksəltmək və Xocalı soyqırımı haqqında həqiqətləri çatdırmaqdır.