Xocalı soyqırımının otuzuncu ildönümünə həsr edilmiş "Dəyirmi masa"

Fevralın 23-də məktəbin tarix müəllimi Nuray Mustafayevanın təşkilatçılığı ilə 5"G" sinfində Xocalı soyqırımının otuzuncu ildönümünə həsr edilmiş "Dəyirmi masa" keçirildi.
Məqsəd şagirdlərdə xalqımıza qarşı törədilmiş faciələr haqqında bilgilərin artırılması, tarixi hadisələrə düzgün rəy vermək bacarığının formalaşdırılması, xalqımızın qəhrəmanlıq salnaməsinin təbliği, Ümumxalq hüzn günlərinin keçirilməsidir.