Memorial Soyqırım Muzeyinə ekskursiya

  Fevralın 23-də məktəbin tarix müəllimi Nərgiz Qafarovanın təşkilatçılığı ilə 7"B" sinif şagirdləri Azərbaycan xalqının gələcək nəsillərinin qan yaddaşının qorunmasına və soyqırım qurbanlarının xatirəsinin əbədiləşdirilməsinə xidmət edən ağır bir tarixi hadisəni özündə əks etdirən Memorial Soyqırım Muzeyinə ekskursiyası təşkil edildi.

  Şagirdlər 4 bölmədən ibarət olan muzeydə soyqırım qurbanlarının matəm sükutunu özündə əks etdirən rəsm əsərləri ilə, xalqımıza qarşı törədilmiş soyqırım, deportasiya, hərbi cinayətlər barədə xarici və Azərbaycan müəlliflərinin kitablarından ibarət zəngin kitab fondu ilə tanış oldular.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi