"Ana dilimizi qoruyaq!" mövzusunda dəyirmi masa

Fevralın 19-da məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Sevil Əsədovanın 7"A" sinfində 21 fevral-Beynəlxalq Ana dili gününə həsr edilmiş "Dəyirmi masa" keçirildi.
"Dəyirmi masa"da qeyd edildi ki, dil hər bir millətin maddi və mənəvi irsini qoruyan və inkişaf etdirən ən mühüm və güclü vasitədir. Hər bir insan öz ana dilini yaxşı bilməli və onu qorumalıdır. Ana dili insanın mənəvi aləminin zənginləşməsində, dünyagörüşünün genişlənməsində, mükəmməl təhsil almasında, öz soydaşları ilə ünsiyyət qurmasında mühüm rol oynayır. Ana dili millətin özünəməxsusluğunu qorumaqla yanaşı, tərcümə vasitəsilə başqa xalqların mədəni irsi ilə tanış olmağa, onlarla ünsiyyət qurmağa imkan yaradır.