"Günəşimdir mənim dilim" adlı bilik yarışı

Fevralın 15-də 21 fevral-Beynəlxalq Ana dili Gününə həsr edilmiş 5-ci sinif şagirdləri arasında "Günəşimdir mənim dilim" adlı bilik yarışı keçirildi.
Yarışda 9 komanda iştirak edirdi.
Müxtəlif fənlər üzrə səsləndirilən sualların yekununda "Şanslılar-5g" komandası 12 balla-I yerə, " Fədai-5f" komandası 11 balla-II yerə, " Odlar yurdu-5ç" komandası isə 8 balla-III yerə layiq görülərək diplomla təltif edildilər.
Şagirdlərimizi təbrik edir, uğurlar diləyirik!