Şəhidimizin əziz xatirəsinə

Məktəbin ingilis dili müəllimi Rasimə Həsənovanın 8"E" sinfində şəhid Xəyyam Hüseynovun əziz xatirəsi dərin ehtiramla yad edildi.
Qeyd edildi ki, şəhidlərimizin qəhrəmanlığı Azərbaycan xalqı üçün hər zaman örnək olub, bundan sonra da örnək olacaq.
Vətənimizin müdafiəsi uğrunda canından keçərək şəhidlik zirvəsinə yüksələnlərin ömür yolu bizim üçün ən böyük şərəf və qürur olacaqdır. Bu zirvəyə ucalanları yad etmək, onların xatirəsini hər zaman anmaq isə bizim hər birimizin borcudur.
Şəhid Xəyyam Hüseynov Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2020-ci il 15 dekabr tarixli Sərəncamına əsasən ölümündən sonra "Vətən uğrunda" və 2020-ci il 29 dekabr tarixli Sərəncamına əsasən "Laçının azad olunmasına görə" medalları ilə təltif edilib.