Şəhid Tahir Hacıyevin əziz xatirəsi yad edilib

Yanvarın 31-i məktəb-liseyimizin adını daşıyan şəhid Tahir Firuz oğlu Hacıyevin şəhidlik zirvəsinə ucalmasının ildönümüdür.
Bir qrup müəllim və şagird heyəti qəhrəman şəhidin büstünün önünə qərənfillər qoymuş, ruhunu dərin ehtiramla yad etmişlər.
Qeyd edək ki, Tahir Firuz oğlu Hacıyev 1992-ci ilin yanvar ayının 31-də Xocalı rayonunun Xanabad kəndində gedən döyüşlərdə qəhrəmanlıqla həlak olaraq şəhidlik zirvəsinə ucalmışdır.
Hal-hazırda məktəb-liseyimiz və Bakıxanov qəsəbəsinin küçələrindən biri onun adını daşıyır.
Allah rəhmət eləsin!
Ruhu şad olsun!