Sinif təşkilat saatı 20 Yanvar faciəsinin otuz ikinci ildönümünə həsr edildi

Məktəbin informatika müəllimi Gülarə Əskərovanın 6"A" sinfində sinif təşkilat saatı 20 Yanvar faciəsinin otuz ikinci ildönümünə həsr edildi.
Qeyd edildi ki, 20 Yanvar Azərbaycan xalqının tarixində sadəcə ağrı və acı ilə xatırlanan gün deyil. Qanlı Yanvar Azərbaycan xalqının qürur və şərəf günüdür. Xalq həmin gün üstünə şığıyan dəhşətli kabusa sinəsini sipər etməklə özünün mənliyini və mətinliyini nümayiş etdirməyi bacardı.
Məhz həmin hadisələr bir daha təsdiq etdi ki, Azərbaycan xalqı pozulan hüquqlarının, suverenliyinin bərpa olunması uğrunda savaşmaq əzminə sahibdir.