"Sən elə bir zirvəsən" adlı tədbir

 Dekabrın 10-da məktəbin informatika müəllimi Aliyə Əkbərovanın təşkilatçılığı ilə "Sən elə bir zirvəsən" adlı tədbir keçirildi.

 Şagirdlər dahi şəxsiyyətin şərəfli ömür yolundan və xalqımız üçün xidmətlərindən danışdılar, onun xalqımız və dövlətimiz qarşısında göstərdiyi müstəsna tarixi xidmətlərini vurğuladılar.

 Ulu Öndərin əziz xatirəsinə həsr olunmuş şeirlər söylənildi, həyat və fəaliyyətini əks etdirən videoçarxlar nümayiş etdirildi.

 Tədbirin keçirilməsində əsas məqsəd Ümummilli lider Heydər Əliyevin Azərbaycançılıq məfkurəsinin uşaq və yeniyetmələr arasında geniş təbliğ edilməsi, Ulu Öndərin xatirəsinin əbədiləşdirilməsi, şagirdlərdə vətənpərvərlik hislərinin gücləndirilməsidir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi