Şəhidlərimizin əziz xatirəsi yad edildi

Məktəbin ibtidai sinif müəllimi Sevda Səfərovanın 4"G" sinfində şəhid Vüqar Əsgərovun əziz xatirəsi dərin ehtiramla yad edildi.
Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü uğrunda öz canını qurban vermiş şəhidimizin həyat yolundan geniş söhbət açıldı, şeirlər səsləndirildi.
Daha sonra Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, şəhidlik zirvəsinə ucalan məktəbimizin şəhid məzunu Əkbər Hüseynova həsr edilmiş guşənin önünə gül dəstələri qoyuldu, əziz xatirəsi yad edildi.
Allah bütün şəhidlərimizə rəhmət etsin!